XI sinif şagirdlərimiz yüksək fəaliyyətləri və savadları ilə seçildilər.

    Dekabrın 25-də Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, ADA Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Debat Forumu keçirilib. Daha sonra moderatorlar - Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov tədbirin formatı barədə iştirakçıları təlimatlandıraraq rəqəmsal təhlükəsizliklə bağlı problemlərin həllində müxtəlif keyslər təqdim ediblər. Forumda “Valideynlər və uşaqlar üçün şəxsi məlumatların qorunması”, “İnternetdən təhlükəsiz istifadə etməyin yolları”, “Kiberbullinq”, “Rəqəmsal təhlükəsizlik insidentləri ilə mübarizə aparmağın yolları” mövzularında müzakirələr, sual-cavab sessiyaları, rəqəmsal təhlükəsizlik hadisələri, problemlərin həllində uğurlu və uğursuz nümunələr haqqında hekayələr və real təcrübələr əsasında keyslərin müzakirəsi, eləcə də internet təhlükəsizliyi və rəqəmsal hüquqlar haqqında ekspertlərin iştirakı ilə diskussiyalar aparılıb. XI sinif şagirdlərimiz:

1. Abbasov Emil Yaşar oğlu,

2. Mahmudlu Nuray Vüqar qızı,

3. Abbasov Kamil Bəşir oğlu

4. Abdulkərim Polad Vüqar oğlu,

5. Şiri Xədicə Rəşaq qızı,

6. Yunusova Sevincxanım Mirqasım qızı

qiymətli hədiyyə və qalibiyyət diplomuna layiq görüldülər.

    Məktəbin direktoru Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru Almaz Həsrət də qalib olaraq, hədiyyə ilə təltif olundu.

    Təbriklər, qəhrəman şagirdlərimiz! Məktəbimizi layiqincə təmsil etdiyiniz üçün hər birinizə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi