Şagirdlərdə mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi
Oktyabrın 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin ümumiləşdirilmiş vahid Tədbirlər Planının 16-cı bəndinə əsasən mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə 3b sinfinin müəllimi Ləman Azadova şagirdləri ilə birlikdə "Bostançı və Şah Abbas" hekayəsini müzakirəli şəkildə oxuyublar.
Şagirdlərin nitqinin səlisliyi, zəngin söz ehtiyatı onların mütəmadi mütaliə etdiyini göstərir.