Uşaq festivalı

İyunun 1–də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.

Festivalda məktəbin VI sinif şagirdləri, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Niftiyeva, tarix müəllimi Məmmədova Nigar və valideynlər iştirak edib.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi