“İslami dəyərlərin formalaşdırılması”

Mayın 22-də məktəbdə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına uyğun olaraq “İslami dəyərlərin formalaşdırılması” istiqamətində müxtəlif tədbirlər keçirilmişdir.

3B sinfində "İslam dininin humanist mahiyyəti, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması" mövzusunda seminar, 2B sinfində “Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidi”nə həsr olunmuş ədəbi əsərlərin oxusu və müzakirəsi,   4Ç sinfində “Dini fanatizmin, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri” barədə “dəyirmi masa” keçirilmişdir. Tədbirdə direktor müavinləri Niftiyeva Sevinc və Əhmədova Solmaz da iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi