Pedaqoji şuranın növbəti iclası
Mayın 21-də məktəbin akt zalında pedoqoji şuranın növbəti iclası keçirildi.
İclasda aprel-may ayları ərzində dərsdinləmələrin təhlili və nəticəsi, Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış (9-cu siniflərin) buraxılış imtahanlarının 1-ci mərhələsinin nəticələri, növbətçilik məsələləri, emosional psixoloji durumu həssas olan şagirdlər, onların valideynləri ilə aparılmış profilaktik söhbətlərin hesabatı, sinif rəhbərlərinin işinin təşkilinin gücləndirilməsi, cari məsələlər müzakirə edildi.