18 May - Beynəlxalq Muzeylər günü
“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində məktəblilərin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Ekskursiyalar 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə reallaşdırılır.
Bu məqsədlə məktəbin 2 B sinif şagirdləri Azərbaycan Xalça Muzeyində, 9 C sinif şagirdləri isə Muzey Mərkəzində olublar. Şagirdlər ekskursiya çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.