“Valideyndən öyrənək”

“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəbimizdə ibtidai sinif şagirdlərinin valideynləri üçün təlim keçirilib.

“Valideyndən öyrənək” adlı təlimdə uşaq psixologiyası ilə bağlı söhbət aparılıb. İbtidai sinif şagirdlərində yaranan və yaranabiləcək psixoloji problemlər, uşaqla necə ünsiyyət saxlamalı mövzusunda valideynlərə maarifləndirici məlumatlar verilib.

Təlimlərin keçirilməsində məqsəd valideyn-şagird-müəllim əməkdaşlığının artırılması, valideynlərin təhsil prosesinə cəlb edilməsi, məktəblilərdə yaranan çatışmazlıq yaxud problemlərin birgə araşdırılması və həll edilməsidir.

Təlimlərin hər həftə və müxtəlif mövzular üzrə keçirilməsi nəzərdə tutulur

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi