11-ci sinif valideynləri ilə iclas
11.12.2018-ci il tarixdə məktəbimizin 11-ci sinif valideynləri ilə iclas keçirildi. İclasın keçirilməsində məqsəd valideynlərə dərsə davamiyyət və keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verməkdən ibarət idi.
Bundan sonra hər ay keçirilən aylıq materialın mənimsənilməsi səviyyəsini müəyyən etmək üçün monitorinqlərin keçiriləcəyi bildirildi. Şagirdlərin dərsə davamiyyətinə nəzarət edilməsi tövsiyə olundu.