IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir.
Bakı şəhər Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis kapitanı Fuad Nəzərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Cəfər Adıgözəlovun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr verilmişdir.