Ramazan bayramımız mübarək olsun !

3 nömrəli tam orta məktəbin bütün kollektivi, hörmətli valideynlər və əziz şagirdlər !

Hər birinizi müsəlman aləminin ən böyük bayramınlarından olan müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Evlərimizdə bol ruzi-bərəkət, xoş əhval-ruhiyyə daimi olsun. Edilən dualar, qılınan namazlar xalqımızın firavanlığına, sülhə və daimi dostluğa vəsilə olsun. 

Qoy bu bayram hər birimizin evində ruzi bərəkətə, xoş əhval-ruhiyyəyə, xalqımız üçün əmin-amanlığa səbəb olsun. Ulu tanrı
işğal altında olan torpaqlarımızın azad edilməsini, Qarabağda Dövlət Bayrağımızı əbədi dalğalandırmağı bizə nəsb etsin. 
Ramazan bayramımız mübarək olsun !
Hörmət və ehtiramla,
Natəvan Əsədova.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi