"Gələcəyin bioloqları"

         07.11.2017-ci il tarixdə İ.Məmmədov adına 298 №-li məktəbin 8”c” sinif şagirdləri biologiya müəllimi Raifə Quliyevanın rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Botanika -Biologiya muzeyinə ekskursiya etdilər.

         Universitetinin professoru, kimya kafedrasının müdiri Əyyub Əzizov şagirdləri çox səmimi və mehribanlıqla qarşıladı. Biologiya -Botanika muzeyinin direktoru professor Akif Quliyev şagirdlərə muzeyin tarixi, yaranması , eksponatlar və s. haqqında maraqlı məlumatlar verdi. Şagirdlər daş dövrünə, tunc dövrünə aid əşyalara, Azərbaycanın flora və faunasına  dair eksponatlara maraqla tamaşa etdilər. Ekskursiya şagirdlərin dərin marağına səbəb oldu, onlarda bu elmə  rəğbət hissini artırdı.

          Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi