Brilyant Əsgərovanın 1A sinfində riyaziyyat dərsi

Dərs dinləmələrimiz davam edir.

1A sinfində Riyaziyyat dərsi

Müəllim: Brilyant Əsgərova

Mövzu: Toplama əməlində 10-a tamamlama, ədəd oxunda sayma

strategiyaları

 

Müəllim dərsə başlamazdan əvvəl sinifdə davranış qaydalarını saydı. Lövhədə şəkil nümayiş etdirildi. Həmin şəkildə dovşanın kökə tez çatması üçün təklif olunan yollardan ən səmərəlisinin seçilməsi üzərində beyin həmləsi üsulu tətbiq olundu. Müzakirə olunduqdan sonra isə effektiv yol müəyyən edildi və mövzu elan olundu. Qiymətləndirmə meyarı ekranda  nümayiş etdirildi və uşaqlara elan olundu. Daha sonra digər üsullar haqqında fikir mübadiləsi aparıldı.
Dərslikdə olan çalışmalar kollektiv şəkildə icra olundu. Sonra isə şagirdlərə iş vərəqləri üzrə tapşırıqlar  təqdim olundu.Tapşırıqlara ayrılan vaxt bitdikdən sonra müzakirə olundu, düzgün cavablar müəyyənləşdirildi. Mövzunun daha yaxşı mənimsədilməsi üçün “Wordwall” proqramında şagirdlər cütlər şəklində “Çərxi-fələk” oyunu oynadılar. Bu əyləncə şagirdərdə yüksək maraq oyatdı. Dərsin sonunda mövzunun refleksiyası aparıldı. Qiymətləndirmə aparıldı. Müəllim Röyalə Bayramova üçün fərqli şəkildə fərdi tapşırıqlar tətbiq etdi. Dərs zamanı müəllimin şagirdlərə fərdi yanaşması yüksək səviyyədə idi. Çünki hər bir şagirdin tapşırıqları yoxlanıldı və səhvləri izah edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi