Məktəbimizdə dərs dinləmələr davam etdirilir

 

Dərs dinləyən: TTİDM Mahirə Nuriyeva

Sinif: 1B

Fənn: Azərbaycan dili

Müəllim: Salmanova Mehriban

Mövzu: Əksmənalı sözlər

Müəllim dərsə başlayarkən əksmənalı sözlərə aid şəkillər nümayiş etdirdi. Şagirdlər şəkillər haqqında fikirlər söylədilər.

Daha sonra müəllim mövzunu elan etdi, təlim nəticəsini divardan asaraq, şagirdlərə elan etdi. Dərsin növbəti dəqiqələrində mövzuya həsr olunmuş video nümayiş etdirərək izahat verdi. Dərs zamanı şagirdlər mövzu ətrafında tapmacalar işlədilər, bu zaman tapmacada verilmiş, eləcədə açamadakı əksmənalı sözlər təhlil etdilər. Müəllim şagirdlərə konvert şəklində tapşırıqlar payladı, fərdi şəkildə tapşırıqlar işlənildi. Fərdi şəkildə işlənmiş bu tapşırıqlar kollektiv şəkildə müzakirə edildi. Daha sonra mövzuya aid əyləncəli tapşırıqlar, krossvodlar yazıldı, müxtəlif əksmənalı sözləri özündə əks etdirən şəkillər rəngləndi. Dərsin sonunda müəllim qiymətləndirmə apardı. Ev tapşırığı verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi