20 Yanvar faciəsinə həsr olunmuş sinif təşkilat saatı keçirilib

      20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023 - cü il tarixli və BŞTİ - nin 13.01.2023- cü il tarixli əmrinə və məktəbin fəaliyyət planına uyğun olaraq tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlər planının 2 - ci bəndinə əsasən 8 ç sinfində sinif təşkilat saatı bu mövzuya həsr olundu.

     Şagirdlər təşkilat saatında faciənin tarixi , qurbanları , Azərbaycanın müstəqil olmasında rolu mövzularını sinif rəhbərləri Emin Qurbanovla birlikdə müzakirə etdilər. Daha sonra məktəbin adını daşıdığı İlqar Məmmədovun büstü qarşısına qərənfillər düzdülər , hazırladıqları divar qəzetini lövhəyə yapışdırdılar. Dərsdən sonra isə müəllimləri ilə birlikdə Biləcəri şəhidlərinin məzarlarını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi