Nailiyyətlərimiz

Daha bir uğurumuz“Azərbaycan Milli Avtomobil Klubu“ (AMAK) İctimai Birliyinin təşkilatçılığı ilə “Yol təhlükəsizliyi məktəblilərin obyektivində” mövzusunda layihə keçirildi. Bu layihədə Bakı şəhər məktəblərinin şagirdləri iştirak edirdi. Bu müsabiqədə məktəbimiz “Şəkil” nominasiyası üzrə 2 şəkillə təmsil olundu. 6a sinif şagirdi Mahmudova Aydan “Qaydalara riayət et” adlı şəkillə 1-ci yerə layiq görüldü. Aydanı təbrik edir və ona gələcəkdə daha böyük uğurlar əldə etməyi arzulayırıq.

"AYIN ƏN TƏMIZ MƏKTƏBI"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "EKOLOJİ AYLIQLAR" layihəsi başa çatdı. " TULLANTIDAN İNCƏSƏNƏTƏ" mövzusuna həsr edilmiş iyun ayının qalibləri məlum oldu. Məktəbimiz "AYIN ƏN TƏMIZ MƏKTƏBI" nominasiyası üzrə I yeri qazandı. Bu münasibətlə məktəbimizin kollektivini təbrik edirik. Daha böyük uğurlar arzulayaraq. Sevinirik ki, əməyimiz, xüsusilə də 2c sinif şagirdlərinin və valideynlərinin zəhməti öz bəhrəsini verdi.

TƏBRİK EDİRİKAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən hər il olduğu kimi 2016/2017 –ci tədris ilində də “Fövqəladə hallar uşaqların gözü ilə” üzrə VI respublika uşaq yaradıcılıq müsabiqəsi keçirildi.Bu müsabiqədə bizim məktəbimizin VI sinif şagirdi Həsənova Mədinə “Plakat” nominasiyası üzrə II yerə layiq görülərək Təhsil Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Günel Abdıyeva Yaşar

Zümrüd Mustafazadə Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi