Sizi unutmadıq!

             Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-də baş tutan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq bu gün respublikamızda Anım Günü kimi qeyd olunur. Bu məqsədləhərbi rəhbər, polkovnik leytenant Səbuhi İsayevin rəhbərliyi ilə məktəbin yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə yürüş keçirildi. Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra şəhid Səməd Abdullayevin büstü və məktəbimizin məzunu olmuş şəhid İnqlab Qasımzadənin məzarı ziyarət edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi