Kitablarla dost olaq

             Bu gün məktəbdə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü  münasibəti ilə müxtəlif tədbirlər keçirildi. Bu günün keçirilməsində əsas məqsəd  gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamağın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğulamaqdan ibarətdir.
             Kitabxana müdiri Yaqut Baxşəliyeva müxtəlif siniflərdə kiçik oxucularla görüşdü.  Bu gün münasibətilə şagirdləri təbrik etdi və mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi