Siniflərdə keçirilən ilk dərsin mövzuları

Yeni 2019-2020-ci tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr edildi. İdman müəllimlərinin şagirdlərə idmanın insan orqanizminə müsbət təsirindən danışdılar.V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan yol” mövzusunda aparılan diskusiyalarda şagirdlər oxuduqları kitablardan bəhs etdilər, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olundu.Şagirdlərə film nümayiş etdirildi, vətənimizin keçdiyi çətin yollardan söhbət aparıldı.Azərbaycanın inkişafında Ulu öndər Heydər Əliyev və onun davamçısı olan İlham Əliyev cənabları və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva ölkəmizə göstərdikləri qayğı və diqqət, eləcədə gördükləri işlər haqqında geniş məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi