İnsan alveri mövzusunda görüş keçirildi
24 dekabr 2024-cü il tarixində şagirdlərlə insan alveri mövzusunda görüş keçirildi.Görüşün keçirilməsi gənclərin insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmək, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etmək məqsədi daşıyırdı. Məktəbin psixoloqu Ü.Rzayeva insan alverinin müasir dövrün aktual problemlərindən olduğunu bildirib. O, həmçinin insan alveri və növləri, insanın hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yolları barədə şagirdlərə məlumat verdi. Sonda insan alverinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş slayd nümayiş etdirildi. Görüşdə, həmçinin şagirdləri maraqlandıran suallara cavab verilib.