Polis nümayəndələrinin şagirdlərlə görüşü
10 yanvar 2025-ci il tarixində DİN-in Polis Akademiyasının nümayəndəsi polis leytenantı Ramiz Baxışov və Xətai RPİ-in əməkdaşı polis kapitanı Elnur Muxtarovun iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis akademiyasına qəbul qaydaları və orda yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Həmçinin, görüşdə gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr verilmişdir.