Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Məni şeirlərimdə axtarın” adlı şeir və esse müsabiqəsi

Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Məni şeirlərimdə axtarın” adlı şeir və esse müsabiqəsi elan olundu. Məktəbimizdə fəaliyyət göstərən 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin “Danışıq klubu”nun fəal üzvü 6b sinif şagirdi Əsədli Həlimə bu müsabiqədə məktəbimizi təmsil etdi. Şeir nominasiyası üzrə şagirdimiz II yerə layiq görüldü və diplomla təltif olundu. Dərnək rəhbəri N. İbrahimova və Ə.Həliməni məktəb rəhbərliyi adından təbrik edir, uğurlar arzu edirik