"Son Zəng"

29 saylı tam orta məktəbdə “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru M.Sadıqov  rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Agayev Şahin məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb. Bu gün Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu bildirib.

Çıxışlardan sonra söz günün qəhrəmanlarına verildi. Məzunlar bu gün üçün hazırladıqları rəqslərini və ifalarını təqdim etdilər.Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi