Məktəb kitabxanasında Xocalı qurbanları yad edildi
25 fevral 2019-cu il tarixində məktəbin kitabxanasında XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Kitabxananın müdiri S.Hacıyeva fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına gələn müsibətlərdən danışdı.
Şagirdlərdən 6a sinif şagirdi Ləman, Aygün; 5b-sinif şagirdləri Zəhra, Aytac; 8b sinif şagirdləri Nərgiz, Ləman; 4c sinif şagirdləri Akif, Hüseyn bu günə həsr olunmuş şeir və bayatılar söylədilər.Bu təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir. Bu cinayətlər bəşər tarixində qara ləkə kimi qalacaqdır.Çünki, bu günə qədər belə vəhşiliklər heç bir xalqa qarşı törədilməmişdir.