Məktəbin akt zalında “20 yanvar” şəhidlərinə həsr olunmuş anım günü keçirildi.

21.01.2019-cu il tarixində məktəbin akt zalında  5a sinif şagirdləri ilə birlikdə “20 yanvar” şəhidlərinə həsr olunmuş anım günü keçirildi. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıldı.  “20 yanvar” faciəsini əks etdirən səhnəciklər və slaydlar   nümayiş etdirildi, şəhidlərimizə həsr olumnmuş bayatılar və şerlər söylədilər.Həmin gecədən  29 il ötsə də, bu günün yaraları hələdə sağalmaq bilmir. Xalqımız həmin gün öz azadlığı və suverenliyi uğrunda mübarizədə ilk şəhidlərini verdi. “20 Yanvar” faciəsi xalqımızın tarixində qanlı səhifə kimi yazıldı. Bu səhifəni heç zaman nə unutmaq nədə ki silmək mümkün deyil.Tədbirin sonunda vertalyot qəzasında şəhid olan və məktəbimiz adını daşıdığı General Məhəmməd Əsədovun abidəsi önündə qərənfillər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi