“Dövlət Bayrağı günü” münasibəti ilə məktəbin akt zalında tədbir keçirildi
Dövlət Bayrağımız Azərbaycanın müstəgilliyinin rəmzidir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Bayrağımız uzun illərdən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında ümummilli liderimiz heydər Əliyevin təşəbbüsü ilə qaldırıldı. Eyni zamanda Naxçıvanın Ali Məclisi üçrəngli bayrağımızı bütün ölkədə rəsmi dövlət rəmzi kimi tanımağa çağırdı.1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Dövlət Bayrağı kimi qəbul edildi.
“Bayraq günü” münasibəti ilə məktəbin akt zalında tədbir keçirildi.Tədbir Azərbaycan Respublika Himninin səslənməsi ilə başlandı.Tədbirdə şer və musiqini şagirdlər marağla dinlədilər.