Azərbaycan Dövlət Müstəqilliyi Günü.
Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü hər bir vətəndaşı tərəfindən qeyd olunur. Bu günü məktəbimizin 3b sinif şagirdləri tərəfidən də qeyd olundu. Təşkil olunmuş tədbirə məktəblilər, müəllimlər, valideynlər, məktəb rəhbərliyi ilə yanaşı İcra Hakimiyyətinin nümayəndəsi də iştirak etdilər. .Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Daha sonra Müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verildi.Tədbir şagirdlərin ifasında səslənən şeirlərlə və musiqi nömrələri ilə davam etdi.