"Narkomaniya -əsrin bəlası"
3 oktyabr 2018-cı il tarixdə 29 №-li tam orta məktəbdə narkomaniya mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xətai rayon Polis idarəsinin əməkdaşları, Respublika Narkoloji Mərkəzinin əməkdaşları ,müəllim və şagirdlər iştirak etdilər. Giriş sözü ilə çıxış edən məktəbin direktoru M. Sadıqov qeyd etdi ki, insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya bütün dünyada qeniş yayılmışdır. Bununla mübarizə aparmaq o gədər də asan deyil. Narkotik maddələr müxtəlif çeşidlidir və bir çox növləri vardır. Xüsusiylə tiryək, marixuana, heroin, kakoin və s daha çox təhlükəlidir, çünki, birinci dəfədən adamı özünə alışdıra bilir. Diqər çıxış edənlər də narkomaniyanın fəsadlarından, törətdikləri xəstəliklərdən gənc nəsillər arasında yayılması təhlükəsindən söhbət açmış, hamını narkomaniyaya qarşı mübarizəyə səsləmiş, ayıq-sayıq olmağa çağırdılar. Tədbirdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, onun profilaktikasından, gənclərin zərərli vərdişlərdən uzaq olması üçün görüləcək işlərdən söhbət açılmışdır.