"Oxu günü"

Xətai rayonu 29№-li tam orta məktəbin kitabxanasında 20 aprel tarixində  II,III,IV,V,VI sinif şagirdləri ilə “Oxu günü”nə həsr olunmuş tədbir keçirildi. Şagirdlərin fikirləri dinlənildi,dilimizin şirinliyindən danışıldı. Hər kəsə  öz ana dili şirin olduğu kimi öz ana dilimiz doğma və əzizdir. Təbdirdə uşaqlar sevdikləri  şerləri söylədilər.

Kitabxana müdiri S.Haciyeva hər bir insanın milli mənəvi dəyərlərinin zənginləşməsində, onun dünya görüşünün artmasında başqa dövlətlərdə özünün dilini təbliğ etməsində dilimizin böyük rolu olduğunu söylədi. Hər bir şəxs vətəninə,şəxsiyyətinə hörmət etdiyi kimi dilinə və dininə də hörmətlə yanaşmalıdır. Şagirdlərimiz görkəmli yazarların  kitablari ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi