Aprel döyüşlərinə həsr olunmuş tədbir
XX əsrin 80-ci illərində Ermənistansda olan bütün azərbaycanlıları öz yurd-yuvalarından qovmuş, Azərbaycanın 7 rayonunu da işğal etmişdilər. Nəticədə bir milyondan artıq insan öz dədə-baba torpaqlarından didərgin düşmüşlər. Mənfur qonşularımız çirkin əməllərini davam etdirmək məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində Tərtər və Goranboy istiqamətlərində hücuma keçmiş, yeni torpaqlar zəbt etməyə çalışmışlar. Ordumuzun sayıqlığı nəticəsində düşmən geri oturdulmuş, onların planları alt-üst edilmişdir. 4 aprel 2018-ci il tarixində 29 nömrəli tam orta məktəbdə keçirilmiş tədbir də məhz aprel hadisələrinə həsr edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Safura Hüseynova açaraq, aprel hadisələrinin mahiyyətini izah edərək ermənilərin yeni torpaqlar zəbt etmək planlarından danışmış, tarix boyu azərbaycanlıların başına açdıqları oyunları tarixi faktlarla sadalamışdır.