18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü

Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir. Elə ona görə də oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü hər bir vətəndaşı tərəfindən qeyd olunur. Bu günün özəlliyi və gözəlliyi 29 №li tam orta məktəbin 1b sinfinin şagirdləri tərəfidən də qeyd edilib.Birincilərin təşkil etdikləri gecəyə məktəblilər, müəllimlər, ziyalılar dəvət edilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləməsi ilə açıq elan olunur. Daha sonra Müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolu haqqında qısa məlumat verilmişdir.Tədbir şagirdlərin ifasında səslənən şeirlərlə davam etmişdir. Eləcə də «Bayram rəqsi»nin sədaları altında şagirdlərin rəqsi xüsusi maraqla qarşılanmışdır.”Cənab Leytenant”musiqisinin sədalari altında qurulan vals tədbirə xüsusi gözəllik qatmışdır. Şagirdlərin ifasında səslənən «İgid əsgər»mahnısı isə məktəblilər tərəfindən alqışlarla müşaiət olunmuşdur. Daha sonra şagirdlərin ifasında dahi şairimiz Məmməd Arazın «Ayağa dur, Azərbaycan!»şeiri səslədirilmişdir. Tədbir uşaqların ifasında «Torpağın səsi» mahnısı ilə başa çatır .Bayramınız mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi