"Göyərçinim- sülh quşum"

Bu gün dünyada yüz milyonlarla insanın ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır-Sülh!Bəli, yaşından, irqindən. milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq hər kəsin yardımına ehtiyac var. Məhz bu işdə onlara dünyada fəaliyyət göstərən Beynəlxalq Təşkilatlar yardım edir. Bunun nəticəsidir ki, 21 sentyabr Beyəlxalq Sülh günü kimi qeyd edilir. Beynəlxalq Sülh günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Bu tədbir General M. Əsədov adına29№-li tam orta məktəbin 2b sinifi (s/r G. Qaibova) böyük həvəslə təşkil etmişdir. "Göyərçinim-sülh quşum adlı ədəbi-bədii gecəyə məktəbin müəllimləri, şagirdləri və ziyalıları dəvət olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Müxtəlif sülhməramlı təşkilatların fəaliyyətini əks etdirən slayd nümayiş etdirildi. Sonra ibtidai dinif şagirdləri "Göyərçinik biz" musiqi sədaları altında əllərindəki şarı və göyərçini havaya buraxdılar, sülh ilə bağlı düşüncələrini asfalt üzərində əks etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi