Bilik günü

Ölkəmizin hər yerində olduğu kimi bu gün bizim məktəbdə də bilik bayramı kimi qeyd olundu.Azərbaycan Respublikası Himni səsləndi və müəllim kollektivi ilə şagirdlər birlikdə himn oxundu. Müstəqil Azərbaycan gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdirilməsinə böyük diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev uşaqlarımız haqqında belə demişdir "Uşaqlar bizim gələcəyimizdir, onları necə tərbiyə edəcəyiksə böyüdükcə ölkəmizin, millətimizin gələcəyi bundan asılı olacaq". Ümummilli lider Heydər Əliyevin təhsilimizə göstərdiyi qayğı və qiyməti bu gün hörmətli prezidentimiz İlham Əliyev cənabları və Heydər Əliyev fondunun prezidenti, vitse prezident Mehriban Əliyeva davam etdirir. Beləki onların təşəbbüsü ilə yeni məktəb binaları tikilir, təmir edilir və istifadəyə verilir. Məktəblər yeni texniki avadanlıqlarla müasir tələblərə cavab verən yeni vasitələrlə təmin edilir. Məktəbin direktoru M.Sadıqov çıxış etdi və şagirdləri təbrik etdi və birincilərə uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi