Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi
27.04.2017 tarixdə 8 b sinfində "Azərbaycanın təbii sərvərləti və biomüxtəlifliyi" mövzusunda biologiya aylığı keçirildi. Biologiya müəllimi Sevinc Hüseynzadə uşaqlara "Dövlətin qiymətli xəzinəsi nədir?" sual ilə müraciət etdi. Çox maraqlı cavablar alındı. Bildirildi ki,ən qiymətli sərvət xalqın sağlamlığıdır. Əlavə olaraq qeyd olundu ki, sağlamlıq üçün əsas şərtlərdən biri də təbii sərvətlərdir. Təbii sərvətlər bəşəriyyətin varlığı üçün zəruri olan təbiət elementləridir. Dərs zamanı Azərbaycanın təbii sərvətlərindən bəhs edən videoçarx nümayiş olundu. . Neft və qazın ölkə iqtisadiyyatında rolundan danışıldı.