Aprel döyüşləri

XIX-XX əsrlərdə Azərbaycanda ermənilərin törətdyi faciələr məqsədli siyasətin nəticəsi idi. Onlar bu siyasətlərini davam etdirərək XX əsrin 80-ci illərində Ermənistansda olan bütün azərbaycanlıları öz yurd-yuvalarından qovmuş, Azərbaycanın 7 rayonunu da işğal etmişdilər. Nəticədə bir milyondan artıq insan öz dədə-baba torpaqlarından didərgin düşmüşlər. Mənfur qonşularıməz çirkin əməllərini davam etdirmək məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində Tərtər və Goranboy istiqamətlərində hücuma keçmiş, yeni torpaqlar zəbt etməyə çalışmışlar. Ordumuzun sayıqlığı nəticəsində düşmən geri oturdulmuş, onların planları alt-üst edilmişdir. 17 aprel 2017-ci il tarixində 29 nömrəli tam orta məktəbdə keçirilmiş tədbir də məhz aprel hadisələrinə həsr edilmişdir. Tədbirdə qonaq qismində Xətai Rayon Veteranlar Şurasının sədri Nəcibə xanım, şuranın altı üzvü, şəhid Emin Bağırovun valideyni İmran Bağırov iştirak etmişlər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Mirdaməd Sadıqov açaraq, aprel hadisələrinin mahiyyətini izah edərək ermənilərin yeni torpaqlar zabt etmək planlarından danışmış, tarix boyu azərbaycanlıların başına açdıqları oyunları tarixi faktlarla sadalamışdır.Sonra şəhid atası İmran Bağırov çıxış etmişdir. O, şəhidlərimizin qanının yerdə qalmayacağını, prezidentimizin rəhbərliyi ilə torpaqlarımızın tam azad olunacağını, qaçqınlarımızın öz yurd-yuvalarına qayıdacağından söhbət açmış, bütün şəhidlərimizin xatirələrinin əbədiləşdiriləcəyinə ümid bəslədiyini bildirmişdir. Tədbirdə məktəbin şagirdlərinin söylədikləri şerlər daha təsiredci olmuş, şəhidlərimizin qəhrəmanlığını əks etdirən film nümayiş etdirilmişdir. Digər veteranların çıxışı ilə tədbir sona çatmışdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi