7 məzuna fərqlənmə attestatları təqdim olundu
2024-2025-ci tədris ili üzrə XI sinfini bitirən məzunlara tam orta təhsil haqqında attestatlar təqdim olundu.11A və 11B sinifləri üzrə 49 şagirddən 42 şagirdə adi nümunəli attestatlar,7 nəfərə isə fərqlənmə attestatları təqdim olundu. Məktəbin müvəqqəti direktor əvəzi Samirə Abbasova məzunlarımızı təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzu etdi.