YAP Xətai rayon təşkilatının hesabat-seçki yığıncağı keçirildi

2025-ci il may ayının 21-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Telnov küçəsi 6 ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məntiqi nəticəsini- qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq  arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə kimi xarakterizə etdi.                 ƏPT sədrinin müavini, məktəbin müəlliməsi İradə Bağırovanın hesabat məruzəsi dinlənildi. Məruzə ətrafında çıxış edən Yeganə Baxşəliyeva, Anar Əliyev və başkaları ƏPT-nın işini müsbət dəyərləndirdilər. Səsvermə keçirilib və təşkilatın ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab edildi. Sonra təşkilatı məsələlərə baxıldı. Samirə Abbasova YAP Xətai rayon təşkilatının Telnov küçəsi 6 ünvanı üzrə ƏPT-nın sədri, İradə Bağırova isə sədr müavini seçildilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi