Psixoloq Ü.Rzayevanın 1-2-ci sinif şagirdləri ilə görüşü

Məktəbin psixoloqu Ü.Rzayeva 1-2-ci sinif şagirdlərinin idrak sferasının inkişafına dəstək göstərmək, onların diqqət, yaddaş, təfəkkür və qavrama bacarıqlarını stimullaşdırmaq, eyni zamanda, psixoloji adaptasiya prosesini müşahidə etmək və dəstəkləmək məqsədilə görüş keçirildi. Görüş zamanı diqqət və yaddaşın gücləndirilməsi yolları, ətraf mühiti qavrama və məntiqi düşüncə fəaliyyətləri üçün sadə təlim tapşırıqları, oyunlar və məşğələlər vasitəsilə idrak bacarıqlarının inkişafı, emosional tənzimləmə və diqqətin cəmlənməsi texnikaları kimi mövzulara toxunuldu. Psixoloq tərəfindən təqdim edilən vizual materiallar və praktik tapşırıqlar şagirdlərdə xüsusi maraq doğurdu.