Nizam-intizam, empatiya, qarşılıqlı hörmət və əməkdaşlıq

Məktəbin psixoloqu Ü.Rzayeva VII sinif şagirdləri ilə məktəblinin  həyatında mühüm rol oynayan dörd əsas dəyər- nizam-intizam, empatiya, qarşılıqlı hörmət və əməkdaşlıq mövzusunda görüş keçirmişdir. Görüşdə bildirildi ki, sağlam və uğurlu bir təhsil mühiti yaratmaq, həmçinin şagirdlərin gələcəkdə məsuliyyətli və dəyərli vətəndaşlar kimi yetişməsi üçün bu dəyərlərin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı məktəb psixoloqu, bu dəyərlərin hər birinin şagirdlərin şəxsi və sosial inkişafındakı rolunu aydın şəkildə izah etdi və onların məktəb həyatında, ailə münasibətlərində və gələcək karyeralarında necə mühüm əhəmiyyət daşıdığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi