Davranış və ünsiyyət mədəniyyətinin formalaşması

Məktəbin psixoloqu Ü.Rzayeva VI sinif şagirdləri ilə davranış və ünsiyyət mədəniyyətinin formalaşması mövzusunda görüş keçirmişdir. O, bildirdi ki, şagirdlərin sosial-emosional inkişafı, onların bir-biri ilə və ətraf aləmlə düzgün ünsiyyət qurma bacarıqlarının formalaşdırılması vacibdir. Məktəb psixoloqu davranış və ünsiyyət mədəniyyətinin formalaşmasında ailənin, məktəbin və cəmiyyətin birgə rolunun əhəmiyyətini vurğuladı. Görüşün sonunda şagirdlərin hərtərəfli inkişafı üçün məktəb, ailə və cəmiyyət arasında sıx əməkdaşlığın vacibliyi də vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi