Milli Müdafiə Universitetinin nümayəndələri ilə görüş

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti 5 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1626 nömrəli Fərmanına əsasən abaqcıl xarici orduların təcrübəsinə əsaslanaraq yaradılmışdır. 25 aprel 2025-ci il tarixində məktəbin akt zalında IX, X,XI sinif şagirdləri və onların valideynləri ilə Milli Müdafiə Universitetinin nümayəndələri polkovnik leytenant Bahadır Qənbərov və kapitan Əli Elşən oğlu tərəfindən görüş keçirildi. Görüşdə Milli Müdafiə Universitetinin nümayəndələri qəbul qaydaları,tədris olunan ixtisaslar, xaricdə təhsil və digər məlumatları şagirdlərlə paylaşdılar. Görüşün sonunda valideyn və şagirdlərin sualları cavablandırıldı, videoçarx nümayiş olundu.