7a sinif şagirdləri “Hərəyə bir ağac əkək” aksiyasına qoşuldu

14 aprel 2025-ci il tarixində məktəbin 7a sinif şagirdləri sinif rəhbəri S.Hüseynzadənin rəhbərliyilə “Hərəyə bir ağac əkək” aksiyasına qoşuldu. Belə ki, şagirdlər məktəbyanı sahədə iməcilik keçirmiş, torpağı yumuşaldıb gül şitilləri əkərək bu aksiyaya öz tövhələrini vermişlər. Eyni zamanda onlar müxtəlif güllərə qulluq qaydasını, bioloji xassələrini öyrənmiş və bitkilərin təbiətdə mühüm rolu haqqında fikir mübadiləsi aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi