31 mart-Azərbaycanlıların soyqırımi günü
31 mart 2017-ci il tarixində 29 nömrəli tam orta məktəbdə "31 mart azərbaycanlılarln soyqırımının anım günü" adı altında tədbir keçirildi. Tədbirdə məktəbin direktoru M. Sadıqov, direktor müavini S. Hüseynova, tarix müəllimləri İ. Bağırova, A. Orucov, K. Əhmədova və məktəbin şagirdləri iştirak etdilər. Tədbir zamanı mövzu ilə bağlı müəllimə İ. Bağırovanın məruzəsi dinlənildi, A. Orucovun çıxışı yadda qalan oldu. Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar və slaydlar izlənildi. Tədbir məktəbin direktoru M. Sadıqovun çıxışı ilə yekunlaşdı.