Şagirdlərə imtahan öncəsi psixoloji dəstək

Məktəbin psixoloqu Ü.Rzayeva aprelin 13-də imtahan öncəsi stresin aradan qaldırılması məqsədi ilə IX sinif şagirdlərilə maarifləndirici söhbətlər apardı. Görüş zamanı şagirdlərə imtahan stresini idarə etməyin yolları, diqqət və motivasiya artırma üsulları, vaxt bölgüsünü düzgün planlaşdırma kimi vacib mövzularda məlumat verildi. Eyni zamanda, şagirdlərə rahatlaşdırıcı texnikalar, imtahan öncəsi psixoloji hazırlıq və stresin təsirini azaltmaq üçün praktiki məşqlər təqdim edildi. Belə görüşlər şagirdlərimizin uğur qazanmasına dəstək olmaq məqsədi daşıyır və onların imtahana daha inamlı hazırlaşmasına kömək edir.