M. Füzulinin “Meyvələrin söhbəti” alleqorik poeması səhnələşdirildi

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ə.Aytən 5B sinfi ilə birlikdə şairin “Meyvələrin söhbəti” alleqorik poemasını səhnələşdirdilər. Füzuli Azərbaycan xalqının mədəniyyətinə, onun bədii-ictimai fikir tarixinə qüdrətli söz ustadı, böyük mütəfəkkir şair və görkəmli alim kimi daxil olubdur. O, əsərlərini bütün Yaxın Şərqdə ən çox yayılmış Azərbaycan, fars və ərəb dillərində paralel olaraq yaratmış və geniş nüfuz dairəsinə malik olan nadir sənətkarlardandır.