Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqəsi

2 mart 2025-ci il tarixində bütün ümumtəhsil müəssisələrdə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələri keçirildi. Fənn müsabiqəsi VI-VII sinif şagirdləri, Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olundu. Şagirdlərimiz hər iki müsabiqədə özlərini sınadı. Müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.