“ Xocalı soyqırımı ”adlı kompozisiya

Xocalı soyqırımının 33-cü ildönümü münasibəti ilə 26 fevral 2025-ci il tarixində 6a sinif şagirdləri “ Xocalı soyqırımı ”adlı kompozisiya hazırladılar. Azərbaycan Dövlət Himninin səslənməsi ilə açıq elan olunan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər “Xocalı faciəsi”nə həsr olunmuş şeirlər söylədilər. Eləcə də, Xocalının tarixi və mədəniyyəti haqqında topladıqları məlumatı paylaşdılar. Tədbir mübariz ruhda, qələbə abu-havasında davam etdi.