Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bədii qiraət-şeir müsabiqəsi

Fevralın 17-19-u Xətai rayon gəncləri, Beynəlxalq Ana Dili Gününü bədii qiraət-şeir müsabiqəsilə qeyd edib. Azərbaycan Yazıçılar Birliyinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin eləcə də, Kaspi liseyinin birgə təşəbbüsü ilə təşkil olunmuş tədbirdə 26 məktəb iştirak etdi. Müsabiqə iştirakçıları ana dilimiz haqqında tanınmış söz adamlarından ən məhşur şeirləri ifa etdilər. Məktəbimizi təmsil edən 9b sinif şagirdi Mehtiyeva Sara II yerə layiq görüldü. Diplom və hədiyyələrlə təltif olundu.