Zərərli vərdişlər

12 fevral 2025-ci il tarixində məktəbin psixoloqu Ü.Rzayeva zərərli vərdişlərə qarşı mübarizə mövzusunda şagirdlər ilə görüş keçirdi. Görüşün keçirilməsində əsas məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə olan həvəslərini artırmaqdan ibarətdir. Şagirdlər zərərli vərdişlərin fəsadlarına dair slayd izlədilər.Onları maraqlandıran suallar cavablandırıldı və müzakirələr aparıldı.