Tullantılardan incəsənətə
Məktəbimizdə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici tədbirlər davam edir. Şagirdlər tərəfindən “Tullantılardan incəsənətə”, “Təbiətimizi gözəlləşdirək” kimi mövzular üzrə sərgilər təşkil olunur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarını səmərəli istifadəsini təşkil etməkdir.