Zəfərin mübarək, Azərbaycan! adlı tədbir

6 noyabr 2024-cü il tarixində məktəbin akt zalında 8 Noyabr Zəfər Günü münasibətilə 9b sinfi  tərəfindən “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Qonaq qismində Birinci Qarabağ müharibəsində iştirak edən qazilərimiz, eləcə də İkinci Qarabağ müharibəsində  şəhid olmuş Məhərrəmov Fəridin anası Nəzakət xanım iştirak etdilər. Qazilərimizdən Saleh.Qarayev və Vidadi  Ağagülov döyüş xatirələrini  şagirdlərlə bölüşdülər. Daha sonra tarix müəllimi A.Orucov və Nəzakət xanım Vətənə, millətə layiqli bir övlad kimi böyümələrini tövsiyə etdilər.Yüksək səviyyədə keçirilən tədbir qonaqlarda xoş təəsürat yaratdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi